Strict Standards: Declaration of utils::pushCat() should be compatible with DB::pushCat($pos = 'l') in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushServCat() should be compatible with DB::pushServCat() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushStatic() should be compatible with DB::pushStatic() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushMenu() should be compatible with DB::pushMenu() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushNews() should be compatible with DB::pushnews() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushFaq() should be compatible with DB::pushFaq() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0  Lazer və Plastik Cərrahiyyə Mərkəzi
Kriomasaj
Fotoepilyasiya
Miostimulyasiya
Fotocavanlaşdırma
Qırışların götürülməsi. Dermolayz
Tatu makiyaj
Klinik kosmetologiyada botulizm toksinin tətbiqi
Darsonval
Kirpiklərin uzadılması
Dermatokosmetologiya
Damar ulduzlarının götürülməsi və müalicəsi
Qlikol pilinqi
 
Klinik kosmetologiyada botulizm toksinin tətbiqi

Botulizm 18 əsrdə müəyyən edilmişdir, lakin yalnız 1897-ci ildə məlum oldu ki, bu xəstəlik qida məhsullarında anaerob mikrob (Сlostridium botulinum) tərəfindən ifraz edilən zəhər ilə intoksikasiya nəticəsində yaranır. Toksinin məlum olan seroloji növlərindən insanda yalnız üçü – A, B və E botulizmin səbəbi ola bilər. Ən güclü təsirli A növlü botulotoksin əzələlərin yerli boşalması üçün yeni effektiv dərman preparatının əsası oldu. Botulotoksin-A xüsusilə təmizlənmiş və  liofilizləşdirilmiş zülal mənşəli preparatdır, onun təsiri sinir uclarının impulsların  əzələ liflərinə keçirilməsinin blokadası ilə bağlıdır, bu da davamlı əzələ boşalmasına gətirib çıxarır. Hal-hazırda botulotoksin-A Rusiya bazarına “BOTOX” preparatı kimi gətirilir (А11еrgan firması, ABŞ).

Üzün mimiki qırışlarının müvəqqəti götürülməsi üçün botulizm toksinin inyeksiyaları hal-hazırda dünyanın bir çox ölkəsində tətbiq edilir. Mimiki qırışlar mimiki əzələlərin daimi qeyri-ixtiyari yığılıb boşalması nəticəsində əmələ gəlir, bu emosional gərginlik və irsi meyl nəticəsində kifayət qədər tez-tez cavan yaşlarda yaranır, hətta kişilərdə qadınlarda daha çox yaranır. Mimiki əzələlərin artıq dərəcədə gərginliyi qeyri-adekvat “qaşqabaqlı  və narazı” üz ifadəsinə görə bir çox estetik və kommunikativ problemləri yaradır. Bundan başqa, bu gərginlik çox vaxt baş ağrılarına gətirib çıxarır və üz əzələlərinin spazmalarında özünü büruzə verən bəzi nevroloji xəstəliklərin yaranmasının risk amilidir. Beləliklə, mimiki qırışların korreksiyası həm kosmetoloji, həm də müalicə prosedurasıdır. Qırışların götürülməsi üçün botulotoksin xüsusi nazik iynə vasitəsilə yalnız alın nahiyəsində, burnun üst hissəsində, gözlərin xarici uclarında, burnun üstündə, yuxarı dodaqda yerləşən mimiki əzələlərə yeridilir və göz qapaqlarının hərəkətinə heç bir aidiyyəti yoxdur. Xüsusi tibb ədəbiyyatında təsvir edilən ptoz (göz qapaqlarının düşməsi), udarkən çətinlik hissi kimi yaranan nadir əlavə təsirlər yalnız preparat digər əzələlərə böyük dozalarda yeridilərkən nevroloji xəstəliklərin müalicəsinə aiddir. Gərginli mimiki əzələlərin davamlı uzunmüddətli (təxmini 6 ay) boşalması bir tərəfdən dəri qırışların hamarlaşmasına, digər tərəfdən insana üz ifadəsinə nəzarətə öyrəşmək imkanı verir. Adətən davamlı nəticəni almaq üçün 4-6-8 ay fasilə ilə 3-4 inyeksiya etmək məsləhət görülür. Beləliklə, botulotoksin ikili təsir göstərə bilər: əzələlərin boşalması nəticəsində birbaşa təsir və insanda illərlə formalaşmış arzuedilməz vərdişin aradan götürülməsi nəticəsində vasitəli təsir. Bununla yanaşı əzələlərdə atrofiya yaranmır, çünki onların qanla qidalanması saxlanılır və tədricən innervasiya bərpa edilir.



İnyeksiyalara qarşı əks göstərişlər (miasteniya, hemofiliya, yerli iltihab prosesi, antibiotiklər- aminoglikozidlərdən istifadə) nadir hallarda olur və proseduralara qarşı göstərişləri, preparatın dozasını, inyeksiya nöqtələrini dəqiq müəyyən edən və proseduranı keçirən ixtisaslı mütəxəssis tərəfindən aparılan ilkin həkim müayinəsi zamanı aşkar edilir.

Üzün mimiki qırışların götürülməsi üçün botulotoksin inyeksiyaları ciddi həkim prosedurasıdır ki, bunu botulotoksinin inyeksiya edilməsində təcrübəsi olan və xüsusi hazırlıq keçən mütəxəssislər nevroloqlar və oftalmoloqlar apara bilər. Həkimlərə inyeksiya aparılma texnikasını öyrədilməsi xüsusi metodika üzrə sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən həyata keçirilir.

Rusiya və digər ölkələrin tibb təcrübəsində botulotoksindən istifadə nəticələri mimiki qırışların müvəqqəti götürülməsi üzrə bu üsulu inandırıcı surətdə təhlükəsiz və effektiv hesab etmək imkanını verir.






Baş səhifə    |    Klinika haqqında    |    Mütəxəssislər    |    Qiymətlər    |    Qəbula qeydiyyat    | Əlaqə
   Lazer və Plastik Cərrahiyyə Mərkəzi © 2008
      Rambler's Top100