Kosmetik proseduradır, təsiri 2-3 həftə davam edir. Doğma tüklərə (kirpiklərə) xüsusi qatran (təbii) vasitəsilə əlavə tüklər yapışdırılır. Onlar sintetik liflərdən hazırlanılıb, lakin zahirən onları təbii kirpiklərdən ayırmaq olmur. Doğma kirpiklər yapışdırılaraq süni kirpiklər əlavə uzanma effekti və həcm verir. Kənardan kirpikləriniz tamamilə təbii görünəcək. Elə bil ki, siz onları bir qədər tuş ilə boyamışsınız.