Kontur plastikası
Bir çox hallarda hətta kiçik kosmetik qüsur (qaşlar arasında qırış, nazik dodaqlar, çivzə səpgisindən sonra kiçik çapıq) insan üçün böyük problemlər yaradır. Keçmiş illərdə onların aradan götürülməsi üçün böyük plastik əməliyyatların keçirilməsi lazım idi. Hal-hazırda biopolimer ilə inyeksiya kontur plastikası üsulu geniş yayılıb. Bu üsul zamanı dərinin altına şpris vasitəsilə qüsuru tam aradan götürən kiçik miqdarda biopolimer daxil edilir. Əməliyyat qeyri-travmatikdir, faktiki olaraq ağrısızdır, inyeksiyadan sonra pasiyent əmək qabiliyyətini itirmir. Adətən kontur plastikası qırışların, çapıqların korreksiyası, dodaqların forması və həcminin dəyişdirilməsi, baldırların korreksiyası üçün istifadə edilir.
|