|
|
Çapıqların cilalanması
Dəridə yaranan çapıqlar ciddi kosmetoloji problemdir.
Əməliyyat və travmalardan sonrakı iri çapıqlar üzərində adətən plastik dəri korreksiyasının aparılması lazım olur.
Əməliyyat və ya travmalardan sonrakı kiçik çapıqlar, keçirilmiş dərinin iltihabı xəstəliklərindən (çivzə) sonrakı çapıqların korreksiyası üçün “supernəbz” rejimində skaner edən lazer və erbium lazeri ilə lazer cilalanmasından uğurla istifadə edirik.
Lazerlərin kombinasiyası çapıqları 3 mikrona qədər dəqiqliklə incə cilalanma aparmağa imkan yaradır ki, çapıqlar faktiki olaraq görünməz olur.
Hipertrofik və kelloid çapıq halında lazer üsulu ilə cilalanmaya xüsusi əməliyyatdan əvvəlki və sonrakı terapiya əlavə edilir.
|
|