|
|
Xalların götürülməsi
Xal – nevus – dəridə yaranan müxtəlif əmələgəlmələrdir. Onların yaranmasına adətən irsi amil səbəb olur, amma onların yaranması dərinin fotozədələnməsi (gündə həddən çox qaralma) və ətraf mühitinin digər aqressiv təsirləri ilə əlaqəli ola bilər.
Dəridə bu yaranmalar kosmetik qüsur kimi qiymətləndirilir və “narahat” yerlərdə (yaxa sahəsində, alt paltarı, kəmər altında və s.) ola bilər ki, çox hallarda narahatlığa səbəb olurlar və zədələnirlər.
Belə bir fikir var ki, xallara “dəymək məsləhət görülmür” və klinikaya müraciət edən pasiyentlər həkimə xala “dəymək olarmı” sualı verirlər. Bu səhv fikirdir. Yeni yaranan xalları nəinki götürmək olar, hətta bir çox hallarda lazımlıdır.
Götürmə üsulları:
- lazer üsulu ilə buxarlama xalı izsiz götürmək imkanını verir ki, bu da üz, boyun və bədənin digər açıq sahələri üçün və bir neçə əmələgəlmələr (papilloma, keratoma və s.) olduqda xüsusilə vacibdir;
- cərrahiyyə üsulu, yəni yarılma aparılır və tikiş qoyulur ki, nəticədə yalnız nazik ağ xətt qalır.
Götürmədən sonra histoloji müayinə aparılır.
Reabilitasiya dövrü 3-7 gün təşkil edir. Adət olunmuş həyat tərzinin (idman ilə məşğulluq və su proseduraları) aparılmasına dair heç bir məhdudiyyət yoxdur.
|
|