Gənclik yaşı ilə əlaqədar çivzələrinin müalicəsi
Son zamanlar gənclik yaşı ilə əlaqədar və ya adi çivzə problemi mütəxəssislərin (dermatoloqların, kosmetoloqların, ginekoloqların) diqqətini daha da çox cəlb edir. Bu zamana qədər çivzə səpməsinin patogenezi, xəstəliyini gedişinə endogen və ekzogen amillərin təsirinə dair bir neçə sual qeyri-müəyyən və mübahisəli qalır. Çivzə səpməsi piy vəzilərinin ən yayılmış xroniki iltihabı xəstəliklərdən biridir. Patoloji proses klinik polimorfizm ilə xarakterizə edilir: açıq və bağlı komedonlar, iltihabı səthi və dərin papulalar və pustulalar, ağır hallarda dərin kistalar, düyünlərarası fistulalar inkişaf edir, dərin elementlərin sağalmasından sonra dartılmış çapıqlar yaranır. Çivzə səpməsinin birinci simptomları cinsi yetişmə dövrünün əvvəlində (qızlarda 10-17 yaşda və oğlanlarda 14-19 yaşda) və daha nadir hallarda daha gec (20-25 yaşda) müşahidə etmək olar. Xəstəliyin payız-qış mövsümündə daha çox kəskinləşməsi ilə tez-tez baş verən residivlər ilə uzun müddətli gedişi var. Xəstəliyin klinik əlamətlərini 35-40 yaşa kimi müşahidə etmək olar. Gənclik yaşı ilə əlaqədar çivzələrin yaranma vaxtı və xəstəliyin klinik simptomlarının öz-özünə keçib getməsi genetik müəyyənləşdirilib.
Patogenez - Gənclik yaşı ilə əlaqədar çivzələr xəstədə iki amil olduqda inkişaf edir: genetik meyl və androgen hormonlarına təsir. Genetik meyl 90%-dən çox hallarda müəyyənləşdirilir. Xəstəlik autosom-dominantdır irsiyyət tiplidir, bəzi hallarda poligen tiplidir. Bir sıra müəlliflərin fikrinə görə çivzə xəstəliyinin ağır əlamətləri YYX sindromu ilə əlaqəlidir.
Müxtəlif ixtisaslı həkimlərin arasında belə bir fikir var ki, gənclik yaşı ilə əlaqədar çivzələr androgenlərin yüksək konsentrasiyasının fonunda (xüsusilə qızlarda) inkişaf edir. Lakin hiperandrogeniya heç də bütün çivzə səpmə hallarında müəyyənləşdirilmir. Belə ki, bir sıra müəlliflər tərəfindən sübut edildiyi kimi kişilərdə qanda androgenlərin səviyyəsi normal göstəriciləri ötmür, qadınlarda isə periferik qanda androgenlərin konsentrasiyasının yüksəlməsi 38–42% halda müşahidə edilir. Digər hallarda kişi cinsiyyət hormonları qadınlarda normal miqdarda sintez edilir, lakin zərdabda cinsiyyət hormonları birləşdirən qlobulinin konsentrasiyası aşağıdır, bu da sərbəst testosteronun miqdarının yüksəlməsinə gətirib çıxarır. Ədəbiyyatda dəri və saçın androgendən asılı xəstəliklərinin etiologiya və patogenezi təsvir ediləndə androgenlərin normal səviyyəsi zamanı gənclik yaşı ilə əlaqədar çivzələrin yaranması ilə əlaqəli olan periferik androgenez haqqında qeyd edilir. Tük piy vəziləri kompleksində 5-alfa-reduktaza fermenti mövcuddur ki, o testosteronu onun daha aktiv metaboliti olan 5-alfa-dehidrotestosterona dəyişdirir. Çivzə xəstəliyi zamanı bu fermentin aktivliyinin artması müşahidə edilir ki, nəticədə lokal olaraq testosteron normadan daha çox “emal edilir”. Bunun nəticəsində isə 5-alfa-dehidrotestosteronun konsentrasiyasının lokal artımı müşahidə edilir. Androgen hormonlarının təsiri altında piy vəzilərinin aktivliyi və onlar tərəfdən dəri piyinin hasili artır. Piy vəziləri və tük follikullarında yerləşən Propionibacterium acne bir sıra fermenti (lipaza) hasil edir ki, onlar lipidləri sərbəst yağ turşularına çevirir. Axırıncılar hüceyrələr tərəfindən sekresiya edilən interleykinlər ilə birlikdə aseptik iltihaba imkan yaradır, bu da piy vəzilərinin çıxarıcı axarlarının buynuzlaşmasına və tıxanmasına gətirib çıxarır. Bu cür bağlı (ağ) və açıq (qara) olan komedonlar formalaşır. Həmçinin, əgər piy vəzi tük follikuluna və ya bilavasitə dəri səthinə çıxırsa, melaninin yaranması ilə tirozin oksidləşməsi zamanı qara rəngdə olan açıq komedon yaranır. Əgər piy vəzi dəri səthinə çıxışı yoxdursa, bağlı, və ya ağ, komedon yaranır. Xəstəlik inkişaf etdikdə və komedonlar mexaniki üsul ilə götürüldükdə içindəkinin (lipidlər, keratin və s.) dermaya çıxması və dermadaxili iltihabın inkişafı və bir çox hallarda sağalmadan sonra dartılmış çapıqlar (birləşdirici toxumanın individual xüsusiyyətləri olduqda hipertrofik və keloid çapıqların yaranması mümkündür ) qoyan papulalar, pustulalar, düyünlərin yaranması ilə follikul vəzinin partlaması mümkündür.
|