Strict Standards: Declaration of utils::pushCat() should be compatible with DB::pushCat($pos = 'l') in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushServCat() should be compatible with DB::pushServCat() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushStatic() should be compatible with DB::pushStatic() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushMenu() should be compatible with DB::pushMenu() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushNews() should be compatible with DB::pushnews() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushFaq() should be compatible with DB::pushFaq() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0  Lazer və Plastik Cərrahiyyə Mərkəzi
Kontur plastikası
Gənclik yaşı ilə əlaqədar çivzələrinin müalicəsi
Dəridə genəltmələrinin müalicəsi
Çapıqların cilalanması
Lazer üsulu ilə cilalama
Kondilomaların götürülməsi (genital ziyillər)
Ziyillərin götürülməsi
Xalların götürülməsi
Pirsinq
Fimoz və parafimoz
 
Lazer üsulu ilə cilalama

Üz dərisinin lazer üsulu ilə cilalanması lazer şüası ilə üz relyefinin düzləşdirilmə və cavan hüceyrələrin və liflərin sintezin stimullaşdırma üsuludur.

Hal-hazırda bunun üçün iki növ lazerdən istifadə edilir: karbon anhidridi və erbium. Lazer növünün seçimi kosmetik qüsurundan asılıdır, bir çox hallarda bir pasiyentdə bu lazer növləri birləşdirilir.

Əsas göstərişlər
1.
Daha cavan və zərif dəriyə malik olmaq istəyi.
2.
Kiçik və orta qırışları götürmək və dərin qırışları kiçiltmək.
3.
Dəridə yaş ilə əlaqəli və ya gündən yaranan dəri piqmentasiyasının olması.

4. Çivzədən sonrakı çapıqlar.
5.
Dəri tonusunun azalması, sallanmış dəri.

Lazer şüasının dərinizə təsiri
1. Müasir skaner edən lazerlərin işi kompüterdən idarə edilir ki, kompüter dəri növündən asılı olaraq hər pasiyent üçün individual olaraq dəriyə təsirin gücü, dərinliyi və vaxtını müəyyən edir. Bu yalnız təzələnməkləri lazım olan dəri hüceyrələrin çox dəqiq və səliqəli götürülməsini təmin edir. Bundan başqa lazer şüası dərin dəri qatlarında kollagenin  sintezini stimullaşdırır ki, bu da dərinin elastikliyi və möhkəmliyini təmin edir.
2. Lazer şüasının enerjisi kompüter tərəfindən tam idarə edildiyindən bu prosedura zamanı daha dərin dəri qatlarının zədələnmə ehtimalı istisna edilir.
3. Köhnə dəri hüceyrələrinin götürülməsindən sonra dəri dərin qatda yerləşən cavan ana hüceyrələrdən regenerasiya edəcək.


Prosedura
1. Lazer üsulu ilə cilalama venadaxili narkoz altında keçirilir.

2. Proseduranın müddəti 45-60 dəqiqədir.

3. Ağrı hiss olunmur.

4. Kəsiksiz keçirilir.

5. Sarğı qoyulmur.

6. Lazer üsulu ilə cilalama yalnız üz dərisində həyata keçirilir və boyun-çənə qırışından aşağıda keçirilməməlidir. Boyun sahəsində kimyəvi pilinq həyata keçirilməsinə daha üstünlük verilir.
7. Əməliyyatdan sonra 5-6 gün ərzində siz cilalama sahəsinə sağalmanı stimullaşdıran məlhəm sürtürsünüz.


Reabilitasiya
1.
Prosedura günü və ya növbəti gün evə getmək olar.
2.
Proseduradan bir gün sonra duş qəbul edə bilərsiniz.
3.
Şiş orta və böyük ola bilər. Üçüncü gündən sonra azalmağa başlayır, 7-8 gündən sonra isə tamamilə keçir.
4.
Siz müntəzəm surətdə üzü yumalı və sağaldıcı məlhəm sürtməlisiniz.
5.
Sağalandan sonra dəriniz qırmızı olacaq.
6.
Xüsusi makiyaj tamamilə qırmızılığı gizlədir.
7.
Ən azı 3 ay ərzində özünüzü gündən gözləməlisiniz.
8.
10-15 gündən sonra işə çıxa bilərsiniz.

Nəticə
1.
Siz daha cavan görünəcəksiniz.
2.
Siz düz, hamar, məxməri dəri əldə edəcəksiniz.
3.
Sızanaqdan sonrakı çapıqlar kiçiləcək, makiyaj vasitəsilə daha asan gizlədiləcək.
4.
Piqment ləkələri tamamilə itəcək.
5.
Artıq iki həftədən sonra təbii xoş görünüş. 6 aya qədər nəticə yalnız təkmilləşəcək.








Baş səhifə    |    Klinika haqqında    |    Mütəxəssislər    |    Qiymətlər    |    Qəbula qeydiyyat    | Əlaqə
   Lazer və Plastik Cərrahiyyə Mərkəzi © 2008
      Rambler's Top100