Strict Standards: Declaration of utils::pushCat() should be compatible with DB::pushCat($pos = 'l') in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushServCat() should be compatible with DB::pushServCat() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushStatic() should be compatible with DB::pushStatic() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushMenu() should be compatible with DB::pushMenu() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushNews() should be compatible with DB::pushnews() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushFaq() should be compatible with DB::pushFaq() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0  Lazer və Plastik Cərrahiyyə Mərkəzi
Kontur plastikası
Gənclik yaşı ilə əlaqədar çivzələrinin müalicəsi
Dəridə genəltmələrinin müalicəsi
Çapıqların cilalanması
Lazer üsulu ilə cilalama
Kondilomaların götürülməsi (genital ziyillər)
Ziyillərin götürülməsi
Xalların götürülməsi
Pirsinq
Fimoz və parafimoz
 
Dəridə genəltmələrinin müalicəsi  

Terminologiya haqqında
Zərif, nazik dərialtı piy qatı normadır və hər bir insanda mövcuddur. Normal vəziyyətdə piy hüceyrələri bir çox birləşdirici toxumanın zərif lifləri ilə ayrılıb ki, burada əsəblər, qan və limfatik damarlar keçir. Birləşdirici toxumanın lifləri o qədər yumşaq və elastikdir ki, piy qatı formasını dəyişmir, dəri altında düz qat şəkilində yerləşir, heç bir kosmetik qüsur yaratmır. Dərialtı piy artdıqca belə bir məqam yaranır ki, qan damarları piy hüceyrələrinin tam “qidalanması” funksiyasının öhdəsindən gəlmir. Piy yığınları sahəsində hipoksiya – oksigen aclığı – yaranır. Nəticədə birləşdirici toxumanın zərif lifləri kobudlaşır, bərk zolaqlar yaranır, bu da qan və limfa dövranını daha da pozur. Dəri səthi hamar olmur. Palpasiya zamanı bu yerlərdə sıx zolaqlar ilə bərk piy qatları, dəri temperaturunun aşağı düşməsi müəyyənləşdirilir. Kosmetologiyada buna sellülit deyilir.

Müalicə haqqında
Şərti demək olar ki, intensivlik dərəcəsinə görə sellülit 4 mərhələyə bölünür. Düşünürük ki, hörmətli oxuyucunu müxtəlif sellülit dərəcələri ilə yükləmək lazımsızdır. Digər məsələni qeyd etmək istəyərdik ki, sellülitin birinci və ikinci mərhələləri terapevtik üsul ilə müalicə olunur. Dördüncü mərhələdə cərrahiyyə korreksiyası (liposaksiya) aparılır Sellülitin üçüncü mərhələsi zamanı müalicə taktikası hər bir konkret halda individual olaraq müəyyənləşdirilir və həm cərrahiyyə, həm də konservativ ola bilər.

İlk növbədə konservativ (qeyri-cərrahiyyə) üsulları müzakirə edək. Mövcud terapevtik üsulların çeşidi bir neçə əsas qrupa bölünə bilər: antisellülit kremlər ilə təsir, elektrolipoliz, ultrasəs nəbz terapiyası, ozonoterapiya və piy yığınlarının mexaniki üsul ilə parçalanması.

Qısa olaraq bu üsullar haqqında demək istəyərdik. Antisellülit kremlərin müalicə təsiri qan və limfa dövranının stimullaşdırılması, piyin qismən parçalanması və parçalanma məhsullarının təbii yolla çıxarılmasına əsaslanır. Təəssüflər olsun ki, göstərilmiş təsir xeyli zəifdir və bu üsul sellülitin müalicəsi zamanı müstəqil üsul kimi qəbul edilə bilməz. Görünür ki, kremlərdən istifadə müalicədən daha çox profilaktik təsirə malikdir.

Elektrolipoliz zamanı piy yığınlarının mənbəyinə nazik elektrod iynələr daxil edilir ki, bu iynələrdən dəyişən cərəyan keçir. Piy hüceyrəsinin fiziologiyası elə qurulub ki, dəyişən cərəyanın təsiri piyin “yanmasına” gətirib çıxarır. Təəssüflər olsun ki, elektrolipoliz aparılarkən sellülit üçün xarakterli kobud dərialtı çapıqların əridilməsi baş vermir. Buna görə piy həcminin azaldılması fonunda təsir zonasında “limon qabığı” şəklində dərinin deformasiyası baş verir.

Dəriyə ultrasəs nəbz terapiyası sellülitin yeni müalicə üsuludur. Bu metodika yüksək tezlikli ultrasəs dalğalarının piy hüceyrələrinə təsirindən ibarətdir ki, bu dalğalar nəinki piy hüceyrələrinin dağıdılmasına, hətta dərinin formasını dəyişdirən dərialtı çapıqların əridilməsinə  gətirib çıxarır. Bu metodika o qədər effektivdir ki, artıq 3-4 seansdan sonra müsbət nəticəni görmək olar.

Sellülitin müalicəsi zamanı masajın müsbət təsiri çoxdan məlumdur. Buna əsaslanaraq Luxar tibb şirkəti müalicə üçün vibrovakuumlu masaj cihazı hazırlayıb. Piy hüceyrələrinin üzərinə intensiv mexaniki təsir nəticəsində piy yığınlarının əridilməsi  baş verir, qan və limfa dövranı normalaşır.

Hansı üsula üstünlük vermək lazımdır? Şübhəsiz ki, bütün üsullardan ardıcıl istifadə edilməsi ideal seçimdir. Lakin təcrübə onu göstərir ki, çox nadir hallarda pasiyent bütün üsullardan istifadə edilməsi üçün lazım olan bu qədər vaxt və pul sərf edilməsi imkanına malikdir.

Adətən 2-3 üsuldan ibarət optimal müalicə kursu individual olaraq seçilir. Klinikamızda sellülitin istənilən müalicə kursunun əsasını ya vibrovakuumlu təsir, ya da elektrolipoliz ilə antisellülit kremlərdən istifadə ilə yanaşı dəriyə ultrasəs nəbz terapiyası təşkil edir. Qeyd etmək lazımdır ki, üsulun seçməsinə həkim hər bir müəyyən halda individual olaraq yanaşır.





 

Baş səhifə    |    Klinika haqqında    |    Mütəxəssislər    |    Qiymətlər    |    Qəbula qeydiyyat    | Əlaqə
   Lazer və Plastik Cərrahiyyə Mərkəzi © 2008
      Rambler's Top100