Döş vəzilərinin ölçülərinin böyüdülməsi və (və ya) formasının dəyişdirilməsi üçün xüsusi implantatlardan istifadə edilir. Belə əməliyyatları adətən kiçik döş vəzilərinə (mikromastiya) sahib olduqları üçün psixoloji çətinlikləri olan qadınlar və hamiləlikdən sonra dairəvi formasını itirmiş döş vəzilərinə və bir qədər genişlənmiş dəriyə sahib olan qadınlar etdirir.
Döş vəzilərinin hansı ölçüdə görmək istədiyinizi həkim ilə müzakirə etmək lazımdır.
Əməliyyatın müddəti Əməliyyat ən azı iki saat davam edir.
Ağrısızlaşdırma Əməliyyat ümumi ağrısızlaşdırma ilə aparılır, lakin pasiyentə əməliyyat günü evə qayıtmaq icazə verilir.
Əməliyyatın necə aparılması Son vaxtlar işlənib hazırlanılmış üsullara müvafiq cərrah areolun (döş giləsi ətrafında nisbətən tünd rəngli sahə)qırağı ilə kəsik edir ki, adətən böyük döş əzələsi arxasında yerləşdirilən cib yaratsın. Buraya implantat yerləşdirilir. Kəsik döş giləsi ətrafında edilərkən çapıqlar faktiki olaraq yaranmır. Alternativ variant kimi cərrah döş vəzisi altındakı qırışda kəsik edə bilər. Əməliyyat zamanı həkim müvafiq əzələlər və döş vəzisinin toxuması arasında cib yarada bilər.
Əməliyyatdan sonra Kiçik ağrı və narahatlıq mümkündür. İki-üç gün ərzində döş vəzilərinin saxlanılması üçün bandajlar geyinmək lazımdır; xüsusi və ya yumşaq kasacıqlar ilə (yəni plastinkalarsız) lifçikalmaq lazımdır. Bundan başqa əməliyyatdan sonrakı xəstələrə adətən verilən məsləhətlərə riayət etmək lazımdır. Məsələn, 7-14 gün ərzində ağır əşyaları qaldırmaq məsləhət görülmür.
Çapıqların yaranması
Əgər kəsik areolun qırağı ilə və ya döş vəzisinin alt konturu boyu edilmişdirsə, çapıqlar minimal olacaq. Döş vəzisinin konturu adətən çapıqları gizlədir, zaman getdikcə bu çapıqlar ümumiyyətlə ağaracaq və daha da gözə görünməz olacaq.
Mümkün uğursuzluqlar
Qabaqlar təkmilləşdirilməmiş silikon implantatlardan istifadə edilərkən bəzi pasiyentlərdə implantat ətrafında (kapsulyar kontraktura deyilən) kobud çapıqlar formalaşırdı. Divarları nahamar materialdan olan yeni implantatlardan istifadə belə ağırlaşmaların yaranmasının kiçik riski ilə müşahidə edilir.