Strict Standards: Declaration of utils::pushCat() should be compatible with DB::pushCat($pos = 'l') in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushServCat() should be compatible with DB::pushServCat() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushStatic() should be compatible with DB::pushStatic() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushMenu() should be compatible with DB::pushMenu() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushNews() should be compatible with DB::pushnews() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushFaq() should be compatible with DB::pushFaq() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0  Lazer və Plastik Cərrahiyyə Mərkəzi
Papilloma
Rinoplastika
Pilinq
Botoks (Disport)
Kiçik cinsiyyət dodaqlarının korreksiyası
Sağrıların dartılması
Liposaksiya – vakuum üsulu ilə piyin götürülməsi
Abdominoplastika
Süd vəzilərinin dartılması
Döş vəzinin böyüdülməsi
Qulaqların otoplastikası
Yanaq formasının dəyişdirilməsi
Blefaroplastika – göz qapaqlarının plastikası
Üzün dartılması
Saçların transplantasiyası
 
Botoks (Disport)

Botoks nədir  
Müasir kosmetologiya bu gün üz üçün bir neçə cavanlaşdıran proseduralar təklif edir. Ən tanınmış qeyri-cərrahiyyə cavanlaşdıran üsul Botoks (Disport) inyeksiyaları olub. Bu preparat botulinotoksindən - ən güclü tanınmış zəhərlərdən biridir - başqa bir şey deyil. Toksin Clostridium botulinum  - botulizmin törədicisi – mikrobu tərəfindən ifraz edilir.

TARİXİ
Ölümcül neyrotoksinin (ВТХ-А məhz belə bir neyrotoksindir) “cavanlıq eliksirinə” çevrilməsinin qeyri-adi tarixi var. İlk dəfə xüsusilə hazırlanılmış ВТХ-А tibb təcrübəsində F. Skott 1980-ci ildə çəpgözlüyü olan xəstələrdə əzələ spazmasının götürülməsi üçün istifadə etmişdir. Sonradan preparatdan nevrologiyada da fəal istifadə etməyə başlamışdılar. Botoksun effektivliyini sübut edən müxtəlif tədqiqatlar ona gətirib çıxartdı ki, 1989-cu ildə ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (Food and Drug Administration - FDA) botoksdan oftalmologiya və nevrologiyada istifadə etməyi rəsmi olaraq məsləhət görmüşdür. Bir çox oftalmoloq və nevroloqlar pasiyentlərdə botoks inyeksiyası kursunu apardıqdan sonra maraqlı əlavə təsiri müşahidə edirdilər: gözlər ətrafında və alın nahiyəsində qırışlar açılırdılar. ВТХ-А preparatının belə bir təsirini aşkar etdikdə 90-cı illərdən başlayaraq dermatokosmetoloqlar da bu preparatdan üzdə qırışların korreksiyası və boyunun dərialtı əzələsinin bağlarına təsiri üçün, qaşların asimmetriyası, ovuc və aksillyar hiperhidroz zamanı fəal istifadə etməyə başladılar. Buna baxmayaraq FDA yalnız 2002-ci ildə bu preparatdan kosmetoloji məqsədlərlə istifadə etməyə rəsmi olaraq icazə verdi.

İSTİFADƏSİ
İstifadə göstərişləri                                                                                                                                                    Əsas: blefarospazma və hemifasial spazma, spazmatik əyriboyun, uşaq serebral iflici, insultdan sonra əl spazmaları. Preparatın əlavə imkanları: tiklər, çəpgözlük, skleroz, nistaqm, çeynəmə əzələlərinin hipertrofiyası, ağrı sindromları (başda gərginlik ağrıları daxil olmaqla), anal çatlar, vaginismus. Estetik tibdə istifadəsi: mimik qırışların götürülməsi, lokal hiperhidroz.


Əks göstərişlər: miasteniya, preparat komponentlərinə qarşı yüksək həssaslıq, aminoqlikozidlər qrupuna aid antibiotiklərdən istifadə, tetrasiklin, hemofiliya, hamiləlik.


ÜZÜN QOCALMASI
Üz dərisi tam olaraq əlverişsiz ətraf mühitinin (külək, aşağı temperatur, atmosferin tərkibində olan zərərli maddələrin təsiri) təsirini üzərində hiss edir. Eyni zamanda üz insanın keçirdiyi bütün emosiyaları əks etdirən bir ekrandır. Mimikamızın xüsusiyyətləri genetik olaraq müəyyənləşdirilib və instinktiv olaraq inkişaf edir. Mimiki əzələlərin təkrar yığılıb boşalması müvafiq dəri zonalarının genişlənməsinə səbəb olur ki, bu da qırışların yaradılmasına gətirib çıxarır. Yaş ötdükcə dərinin elastikliyi azalır, estetik xüsusiyyətləri pisləşir, hiperfunksional üz qırışları və ya qısa desək üz qırışları yaranır. Əsasən bu proses dörd sahəni əhatə edir: alın, göz ətrafındakı sahə, burun-dodaq qırışları, boyun. Əslinə baxılırsa, məhz bu inkişaf edən proses “qocalmış” üz təsirini yaradır.



TƏSİR MEXANİZMİ
Qırışların götürülməsi üsullarına cərrahiyyə əməliyyatları, liftinq proseduraları, müxtəlif cilalama və kimyəvi pilinq, həmçinin implantların inyeksiyası aiddir. Bu üsullar müəyyən müsbət nəticələri əldə etmək imkanını verir. Lakin bütün sadalanmış hallarda üzdə hiperfunksional dəri qırışlarının yaranma səbəbi olan mimiki əzələlərin artıq dərəcədə fəallığına heç bir təsir göstərilmir.

Nazik iynə ilə keçirilən bir sıra inyeksiyalarının köməyi ilə toksin məhz mimiki əzələlərinə dəri altına yeridilir. Toksinin sinir liflərindən çıxan impulsların daşınmasına təsiri nəticəsində əzələ hüceyrələri zəhər dağılmamış 5-6 ay ərzində “istirahət edir”. Preparat sözün tam mənasında əzələləri boşaldır və onları bu vəziyyətdə saxlamağa imkan verir. Preparatın məhz bu xüsusiyyəti kosmetologiyada artıq 15 ildir ki, istifadə edilir. Botoks (Disport) göz ətrafında, alın, qaşarası, dodaq, boyun və dekolte sahəsində qırışların yaranma səbəbi olan əzələlərin işini dayandırır. Əzələlərin bu istirahəti nəticəsində qırışlar açılır, ildə 2-3 dəfə keçirilən bir neçə prosedura nəticəsində insan alını necə qırışdırmağı tamamilə unuda bilər. Ən güclü toksinlərdən biri olmasına baxmayaraq preparatdan tibdə istifadə edilməsi heç bir əlavə təsiri ilə müşahidə edilmir. Bu onunla əlaqədar ki, preparat elə miqdarda inyeksiya edilir ki, onun təsiri yalnız yerli olur. Hamıya bəlli gözlərin ucunda əmələ gələn qırışlar, alın və qaşlararası qırışlar gözü qabağında açılır. Preparatın unikallığı onun mimiki əzələlərinə yerli seçmə təsirindən ibarətdir ki, bu da onu yalnız dəriyə təsir edən bütün digər kosmetik preparatlardan fərqləndirir. Lakin, bu təsir nisbətən qısa 4-6-8 aya kimi davam edir. Sonradan proseduranı təkrarlamaq lazımdır. Qeyd etmək lazımdır ki, müəyyən müddətdən sonra preparatın təsiri zəifləyə bilər.



DOZALAR
Botoks və disportun aktivliyini bioloji fəallıq üzrə beynəlxalq ölçü vahidləri ilə ölçürlər. Preparatın dozası nə qədər böyük olsa, o qədər də tez təsiri olacaq. Kiçik dozalarda preparat dərhal təsir etmir, onun effekti yalnız 1-2 həftədən sonra özünü büruzə verir, botoksun orta dozaların yeridilməsi zamanı ilkin klinik təsiri 24-72 saatdan sonra müşahidə edilir, maksimal effekt isə inyeksiyadan yalnız 2 həftə sonra müşahidə edilir. Preparatdan böyük dozalarda istifadə zamanı klinik effekt bəzi hallarda artıq 6 saatdan sonra qeyd edirlər. Qarışların açılması üçün adətən orta hesabla preparatın 20 ölçü vahidləri istifadə edilir, bu səbəbdən hətta nəzəri olaraq pasiyent üçün bu təhlükəli ola bilməz (məsələn, nevrologiyada bir kurs ərzində 100-200 və daha çox ölçü vahidləri daxil edilir).

PROSEDURANIN EFFEKTİ
Proseduradan sonra inyeksiya edilmiş yerə şişin qarşısını almaq üçün buz və ya soyuducu məhlul ilə tamponları qoymaq lazımdır. Bəzən bir neçə dəqiqədən sonra yüngül qızartı əmələ gələ bilər. Pasiyentə 12 saat ərzində inyeksiya yerinə dəyməyə qadağan edilməlir və preparatın inyeksiyasından sonra bir müddət istirahət etmək məsləhət görülür. Botoksun (Disportun) inyeksiyasından klinik təsir patologiyadan asılı olaraq 2-15 gün ərzində özünü büruzə verir. Toksin dozası inyeksiya lazım olan əzələlərin həcmi ilə müəyyən edilir. İnyeksiyadan sonra əzələlərin uzun müddətli, davamlı (3-6 ay) boşalması müşahidə edilir ki, bunun nəticəsində dəridə olan qırışlar açılır. Tədricən biz üzə nəzarətə öyrəşirik və patoloji olan üzümüzü qırışdırmaq vərdişindən əl çəkirik. Keçmişdə qazanılmış qırışlar açılır və ya tamamilə yox olur. Adətən davamlı effekt üçün 6-9 ay intervalı ilə 2-3 inyeksiya etmək məsləhət görülür. Əlavə təsirlər hər zaman müvəqqəti olur, onlar 10-20 gündən çox davam etmir. Belə təsirlər preparat yeridilmiş əzələlər ilə qonşu əzələlərə toksinin keçməsi nəticəsində yaranır. Kosmetik korreksiyasının bu üsulu inyeksiya sahəsində qırışların faktiki olaraq tam açılmasına imkan yaradır: kiçik və orta qırışlar 100% açılır, dərin qırışlar isə 70% açılır. Təkrar inyeksiyalar zamanı preparatdan olan effekt arta bilər. Paralel olaraq bu üsul xüsusilə liftinqdən sonra üzdə çapıq və əzələ aplaziyası hallarında üz simmetriyasını bərpa etməyə kömək edir. Botoksun (Disportun) inyeksiyaları qırışların kollagen və hialuron turşusu əsasında material ilə inyeksiyalı doldurulması ilə uğurla birləşdirmək olar. Bundan əlavə mimiki fəallığın zəifləməsi hesabına təbii polimerlər əsasında materialların inyeksiyasının təsiri daha uzun davam edir. Öz növbəsində inyeksiya materialının tərkibində olan kollagen və hialuron turşusu ayrılmaz surətdə dərinin derma təbəqəsinə daxil olur və toksinin fizioloji diffuziyasına mane olmur. Qorxmaq lazım deyil ki, üzünüz maskaya dönəcək. Həkim preparatın dozası və inyeksiya yerini dəqiq müəyyənləşdirir.



TEXNİKA VƏ XÜSUSİYYƏTLƏR
Preparat xüsusi nazik iynə vasitəsilə alın, burnun üst hissəsi və gözlərin xarici bucağında müəyyən nöqtələrə yeridilir. İnyeksiyadan əvvəl pasiyentin klinik müayinəsi əzələlərin hərəkətsiz vəziyyətdə və mimiki fəallıq prosesində həyata keçirilir. Qaşların qaldırılma effektinə diqqət yetirmək lazımdır. Hərəkətsizlik vəziyyətində və xüsusilə mimiki fəallıq zamanı istənilən asimmetriyaya diqqət yetirmək lazımdır. Bəzən asimmetriya fotoçəkiliş zamanı aşkar edilir. Anomaliyaların aşkar edilməsi nöqteyi-nəzərindən bu çox faydalıdır. Anamnezin toplanılması zamanı alkoqol və diabetik daxil olmaqla hər hansı bir nevropatiya mümkünlüyü aşkar edilməlidir. İnyeksiya ixtisaslı, xüsusilə hazırladılmış tibbi heyət tərəfindən steril şəraitdə aparılmalıdır. Təsir zonalarına xüsusi qulluq tələb olunmur. Müalicə xüsusiyyətlərinə əzələlərin iflici hesabına alın mimikasının dəyişməsi, qaşların bir qədər enməsi mümkünlüyünü aid etmək lazımdır. Axırıncısını botoks inyeksiyasından sonra blefaroplastikanın keçirilməsi zamanı nəzərə almaq lazımdır. Botoks (Disport) preparatından kosmetoloji göstərişlər üzrə istifadəsi zamanı əlavə təsir aşkar edilmişdir: başda gərginlik ağrılarının kəsilməsi. Bundan başqa lokal hiperhidroz BOTOKS ® preparatından istifadəyə dair əlavə göstərişdir.

HİPERHİDROZ
Botoks (Disport) lokal hiperhidroz götürülməsi üçün vasitədir.



Əgər sizdə əlləriniz daim soyuq və nəmlidir, qoltuqlarınızda yüksək tərlilik varsa, deməli siz lokal hiperhidroz deyilən xəstəliyi olan əhalinin 0.6-1%-nə aidsiniz (“lokal” – yerli, “hiperhidroz” – yüksək tərlilik). Əlin içi, qoltuqaltı nahiyəsi, ayaq pəncəsi tez-tez tərləyirsə, bu hal daha çox gözə çarpır. Bu vəziyyət bir çox hallarda genetik səbəbdən olan simpatik sinir sisteminin anormal yüksək funksiyası nəticəsində yaranır. Gözə çarpan tərlilik pasiyent üçün ciddi problemlər yarada bilər.

Hipehidrozu olan xəstələrin müalicəsi çox çətin məsələdir. Əvvəllər bu məqsəd üçün tibdə trankvilizatorlar, şüa terapiyası, cərrahiyyə üsulları və hətta hipnoz və autotreninqdən istifadə edilirdi. Sadalanmış üsulların effektivliyi yüksək deyildi və ya qısa müddətli idi, bundan başqa qabarıq əlavə təsirlər müşahidə edilirdi. Bu gün yüksək tərlilik sahələri Botoks (Disport) aparatının nöqtə mikroinyeksiyaları ilə müalicə edirlər. Bu sahələrdə əksəriyyət tər vəzilərinin işi bloklanılır və faktiki olaraq tərlilik dayandırılır. Beləliklə, qoltuqaltı, ovuc sahəsi, ayaq pəncəsi və hətta kürək tərlilik problemini həll etmək olar. Davamlı təsir 6-9 ay ərzində saxlanılır.



PREPARATIN TƏHLÜKƏSİZLİYİ
Neyrotoksin ilə zəhərlənmək mümkün deyil. Nevrologiya və kosmetologiyada zəhərin çox zəif konsentrasiyasından istifadə edilir. Elə zəifdir ki, orqanizmə yeridilərkən o yalnız daxil edilmiş əzələlərə təsir göstərə bilir. Botoksdan (Disportdan) istifadəsində 20 illik təcrübə var, müxtəlif ölkələrdə 230 klinik tədqiqat aparılmışdır, preparatdan təkrar istifadənin mümkün uzaq mənfi nəticəsi haqqında məlumat mövcud deyil.

Bu gün dünyanın 58 ölkəsində Botoksdan (Disportdan) klinik istifadəyə icazə verilib.



BOTOKS (DİSPORT) aşağıdakı ekspertizalardan keçib:

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası
Dünyada ən yüksək keyfiyyət startlarına malik Böyük Britaniyanın Dövlət Agentliyi.






Baş səhifə    |    Klinika haqqında    |    Mütəxəssislər    |    Qiymətlər    |    Qəbula qeydiyyat    | Əlaqə
   Lazer və Plastik Cərrahiyyə Mərkəzi © 2008
      Rambler's Top100