Strict Standards: Declaration of utils::pushCat() should be compatible with DB::pushCat($pos = 'l') in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushServCat() should be compatible with DB::pushServCat() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushStatic() should be compatible with DB::pushStatic() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushMenu() should be compatible with DB::pushMenu() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushNews() should be compatible with DB::pushnews() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushFaq() should be compatible with DB::pushFaq() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0  Lazer və Plastik Cərrahiyyə Mərkəzi
Papilloma
Rinoplastika
Pilinq
Botoks (Disport)
Kiçik cinsiyyət dodaqlarının korreksiyası
Sağrıların dartılması
Liposaksiya – vakuum üsulu ilə piyin götürülməsi
Abdominoplastika
Süd vəzilərinin dartılması
Döş vəzinin böyüdülməsi
Qulaqların otoplastikası
Yanaq formasının dəyişdirilməsi
Blefaroplastika – göz qapaqlarının plastikası
Üzün dartılması
Saçların transplantasiyası
 
Saçların transplantasiyası

Son iyirmi il ərzində tüksüz baş dərisinə saç əkilməsi üsulu təkmilləşdirilirdi, lakin ondan istifadədə müəyyən məhdudiyyətlər yenə də mövcuddur. Canlı tük follikulunun (soğanaq) transplantasiyasını aparmaq üçün pasiyentin başında kifayət qədər çox öz saçı olmalıdır. Başqa sözlə, əgər başda tamamilə saç yoxdursa, transplantasiya mümkün deyil.

Bundan başqa pasiyent fiziki cəhətdən sağlam olmalıdır. Pasiyent bir çox narahatlıqlara və saçların bitişməsi və sağalması kifayət qədər uzunmüddətli proses olduğuna hazır olmalıdır. Bu cərrahiyyə müdaxiləsi anadangəlmə tük tökülməsi olan qadın və kişilərdə daha effektiv nəticələr verir.

Yaponiyada Nido adında üsul işlənib hazırlanılmışdır ki, bu üsul pasiyentin başında öz doğma saçın kifayət qədər olmamağı canlı tük follikulunun transplantasiyası mümkünsüz etdiyi halda tətbiq edilir. Neylon liflərin dəstələri baş dərisində (başın tüklü hissəsinə) yerləşdirilir ki, normal tük uzanması imitasiya edilsin. Təəssüflər olsun ki, vaxt keçdikcə bu saçların bir hissəsi tökülür. Digər üsul da mövcuddur ki, tük tökülmə sahəsi azaldılır. Tüklü baş dərisinin qıraqları “səfərbər edilir” (lay-lay götürülür) və tüksüz sahəni qismən doldurmaq üçün köçürülür. Bir neçə ay ərzində əməliyyatın təkrarən aparılması zamanı bu üsul gözəl nəticələr verə bilər.
Müalicə müddətini qısaltmaq üçün bir neçə həftə ərzində tədricən maye ilə dolduran kiçik balonlar dərinin altına yeridilərək dərinin qabacadan dartılma üsulu tətbiq edilir.

Əməliyyatın müddəti
Hər seans bir-iki saat çəkir, proseduraların sayı tüksüz sahənin ölçüsündən asılıdır.

Ağrısızlaşdırma
Saç transplantasiyası yerli anesteziya ilə aparılır.

Əməliyyatın necə aparılması Saçların yaxşı və sağlam uzandığı baş nahiyəsindən çox tükü olduğu kiçik dəri hissələri kəsilib götürülür.

Transplantasiya edilən hissələrin tərkibində tük follikulları və bir qədər piy toxuması olmalıdır. Başın tüksüz nahiyəsində eyni ölçüdə dəri hissəsi götürülür və onun yerinə transplantat yerləşdirilir.

Bəzi əkilən tüklər ölə bilər, lakin ümumi götürüləndə onlar uzanmağa davam edir. Cərrahdan çox diqqətli və ehtiyatlı olmağı tələb olunur ki, transplantasiya zamanı tük follikulları zədələnməsin. Belə bir üsul da vardır ki, tük follikulları bir-bir köçürülür.

Əməliyyatdan sonra
Toxumaların şişməsinin qarşısını almaq üçün xüsusi dərman təyin edilir. Transplantasiya edilən saçlar ilə əməliyyat aparılan dəri hissəsini və ümumiyyətlə başı təmiz saxlamaq, günaşırı səliqə və ehtiyat ilə yumaq lazımdır. Əməliyyat aparılan hissəni kənar adamların marağından gizlətmək üçün şlyapadan istifadə etmək olar.

Çapıqların yaranması
Zaman keçdikcə çapıqlar daha az görünür; adətən onlar yenidən uzanan saçlar ilə örtülür.

Mümkün uğursuzluqlar
Əgər saç sonradan saçı tökülən baş sahəsindən götürülüb əkilmişdirsə, saçlar transplantasiya edilən sahədə də töküləcək. Transplantasiya zamanı saçlar dəri səthinə dair düz (təbii uzandığı kimi) bucaq altında götürülüb əkilməlidir. Əgər həkiminizin kifayət qədər təcrübəsi varsa, o, bunu nəzərə alacaq.
 

 

 

 

 


Baş səhifə    |    Klinika haqqında    |    Mütəxəssislər    |    Qiymətlər    |    Qəbula qeydiyyat    | Əlaqə
   Lazer və Plastik Cərrahiyyə Mərkəzi © 2008
      Rambler's Top100