Liposaksiya – vakuum üsulu ilə piyin götürülməsi
Liposaksiya və ya lipektomiya bu gün estetik cərrahiyyədə ən çox tələbatı olan əməliyyatdır. 1970-80-ci illərdə İtaliya və Fransada işlənib hazırlanılmış liposaksiyaya dərialtı sahəsindən piy toxumasının “vakuum sorulması” daxildir. Pasiyent yüksək dərəcədə artıq çəkiyə malik deyilsə, sadəcə olaraq onda diyet və fiziki çalışmaların təsiri altında getməyən müəyyən miqdarda məhdud piy yığınları (“tələləri”) yaranıbsa, liposaksiya xüsusilə yaxşı nəticələr verə bilər. Bəzi insanlarda bud və ya diz nahiyəsində piy yığınlarının yaranmasına dair anadangəlmə meyl mövcuddur; qadınlarda hamiləlikdən sonra belə hal qarın nahiyəsində müşahidə edilir. Liposaksiyanı həmçinin üzdə çənə altı, süd vəziləri, əllər və ya dirsək oynağı nahiyəsində aparılır.
Pasiyentin təbii formaları nəzərə almaqla həkim piy toxumasının hansı həcmdə və harada götürülməsini məsləhət görəcək. Tapşırıq piy toxumasının böyük həcmdə götürülməsini tələb etməyən bədən konturlarının modelləşdirilməsi, yaradılması və saxlanılmasından ibarətdir.
Rasionunuzu və fiziki fəallığınızı təhlil edin. Əgər siz elə nəticəyə gəlsəniz ki, “piy tələləri” sizin genetik meylinizdir və heç bir çalışmalar ilə götürülə bilməz, bu metodika məhz sizin üçün yaradılmışdır. Liposaksiya bədəndə ümumi piy yığınlarının uzun müddətə azalmasına (xüsusilə əgər siz orqanizminizə lazım olduğundan daha çox böyük miqdarda kaloriyalı qidanı qəbul etməyə davam edəcəksinizsə) yox, məhdud həcmdə piy toxumasının götürülməsinə zəmanət verir. Diabeti olan insanlara liposaksiya aparılması məsləhət görülmür.
Liposaksiyanın vacib müsbət cəhətlərindən biri ondan ibarətdir ki, piy hüceyrələri götürülür və piy toxuması həmin yerdə yenidən yığıla bilməz. Digər müsbət cəhəti ondan ibarətdir ki, ənənəvi cərrahiyyə üsulu ilə piy toxuması götürülərkən yaranan çapıqlar ilə müqayisədə çox cüzi çapıqlar yaranır.
Əməliyyatın müddəti
Təxmini iki saat.
Ağrısızlaşdırma
Liposaksiya adətən yerli anesteziya, bəzən narkoz ilə aparılır.
Əməliyyatın necə aparılması
Cərrah boya ilə əməliyyat aparılacaq nahiyələri qeyd edəcək. Əməliyyat aparılacaq nahiyə böyüdülür, əməliyyatdan 30 dəqiqə əvvəl ona duz məhlulu və yerli ağrısızlaşdırıcı dərman daxil etməklə piy yarımmaye vəziyyətə gətirilir. Bundan sonra cərrah seçilmiş nahiyədə 0,5 santimetrdən çox olmayan çox kiçik bir kəsik edəcək. Daha sonra kəsikdən keçirərək o, toxumaya dəri altına çox nazik boru daxil edir.
Əməliyyatdan sonra
Liposaksiyadan sonra pasiyent kiçik ağrı hiss edir; əməliyyat nahiyəsində dəri həssaslığının itirir. Əməliyyatdan sonrakı altı həftə ərzində dəri altındakı “boş” zonalar qan və ya toxuma mayesi ilə dolmasın deyə xüsusi kompressiya edən alt paltarı geyinmək lazımdır. Bu dəri altında yerləşən toxumaya qarşı dərini düzgün modelləşdirməyə və qan axmasının azaltmağa kömək edəcək.
Çapıqların yaranması
Cərrah kəsiyi çapığın ən az görünən yerdə etməyə çalışmalıdır.
Mümkün uğursuzluqlar
Bəzən bir buddan digəri ilə müqayisədə daha çox toxuma götürürlər, belə ki bədən asimmetrik görünə bilər. Əgər vakuum üsulu ilə həddən çox piy toxuması götürülübsə, bu nahiyədə qan dövranı pozula bilər ki, bu da infeksiya və dərinin üst qatının itirilməsi (qabığın soyulması) riskini artırır. Əgər piy toxuması asimmetrik və qeyri-bərabər götürülübsə, əməliyyat nahiyəsində bədənin üstü düz olmaya bilər.
|