Strict Standards: Declaration of utils::pushCat() should be compatible with DB::pushCat($pos = 'l') in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushServCat() should be compatible with DB::pushServCat() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushStatic() should be compatible with DB::pushStatic() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushMenu() should be compatible with DB::pushMenu() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushNews() should be compatible with DB::pushnews() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushFaq() should be compatible with DB::pushFaq() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0  Lazer və Plastik Cərrahiyyə Mərkəzi
Papilloma
Rinoplastika
Pilinq
Botoks (Disport)
Kiçik cinsiyyət dodaqlarının korreksiyası
Sağrıların dartılması
Liposaksiya – vakuum üsulu ilə piyin götürülməsi
Abdominoplastika
Süd vəzilərinin dartılması
Döş vəzinin böyüdülməsi
Qulaqların otoplastikası
Yanaq formasının dəyişdirilməsi
Blefaroplastika – göz qapaqlarının plastikası
Üzün dartılması
Saçların transplantasiyası
 
Blefaroplastika göz qapaqlarının plastikası  

Yaş ötdükcə bir çox insanlarda göz qapaqlarının sallanması baş verir, çünki dəri daha az elastik olur; gözlərin altında şişlər əmələ gəlir ki, onlar insanı qoca və yorğun göstərir. Lakin həm gözlərin altındakı şişlər, həm də üst göz qapaqlarının sallanması istənilən yaşda əmələ gələ bilər. Göz qapaqlarında cərrahiyyə müdaxiləsinə blefaroplastika deyilir. Bu əməliyyat zamanı adətən üst və alt göz qapaqlarından artıq piy toxuması və dəri götürülür və ya bölüşdürülür və göz ətrafındakı əzələlər möhkəmləndirilir.

Gözlərin altındakı şişləri götürmək üçün adətən transkonyuktival blefaroplastika aparılır. Bu əməliyyat zamanı alt göz qapağının daxili səthində kəsik vasitəsilə artıq piy toxumasını götürürlər və bundan sonra gözə çarpan çapıq qalmır.

Blefaroplastika ənənəvi cərrahiyyə metodikası və ya lazer üsulu üzrə aparıla bilər. Axırıncısı dəri elastikliyini itirməyən nisbətən cavan insanlarda yaxşı nəticələr verir;

Göz qapaqlarında cərrahiyyə müdaxiləsinin nəticəsi təxmini on il ərzində qalır, bəzən isə həmişəlik qalır. Cavanlaşdırma effekti o qədər böyük ola bilər ki, siz üz toxumalarının dartılması üzrə əməliyyatı bir neçə ilə təxirə sala bilərsiniz.
Əməliyyat müddəti
Əməliyyat üst və alt göz qapaqlarında bir-iki saat çəkir. Çox vaxt artıq əməliyyat günü pasiyent evə buraxılır.

Ağrısızlaşdırma
Adətən belə əməliyyatlar ümumi ağrısızlaşdırma ilə aparılır. Əgər pasiyent yerli anesteziyaya (göz ətrafındakı zonasının ağrısızlaşdırması və inyeksiya vasitəsilə və ya daxilə qəbul edilən sakitləşdirici dərmanın qəbul edilməsi) üstünlük verirsə, o, yenə də heç bir ağrı hiss etməyəcək, ancaq gözün basılmasını və ya digər narahatlıq (məsələn gözlərini bağlamaq imkanının olmamağından qıcıqlanma) hiss edə bilər.

Əməliyyatın necə aparılması
Əməliyyat üst göz qapaqlarından başlanılır ki, burada təbii qırış üzrə kiçik kəsik edilir. Alt göz qapaqlarında, əgər transkonyuktival üsul (bu üsul zamanı alt göz qapağının daxili səthində kəsik edilir) pasiyent üçün münasib deyil, cərrah kirpiklərdən bir az aşağı xətt üzrə kəsik edəcək. Kəsiklərin uzunluğu piy və digər toxumalarının normalaşdırılması və (və ya) götürülməsi yerlərindən asılıdır. Dərini əməliyyatdan bir həftə sonra götürülən çox nazik tikiş materialı ilə tikirlər.

Əməliyyatdan sonra
Əgər insan ümumən sağlamdırsa, göz qapaqlarında cərrahiyyə müdaxiləsi faktiki olaraq istənilən yaşda həyata keçirmək olar. Sağalma adətən çətinliksiz keçir
. Həkim antibakterial məlhəm və ya göz almasının üstününnəmləndirilməsi üçün tərkib təyin edə bilər, ağrı, qanaxması və şişləri azaltmaq üçün 48 saat ərzində buz ilə paketləri qoymağı məsləhət edə bilər. Lazım olduqda ağrıkəsici dərmanları təyin edirlər. Həkim başınız hündürlüyə qaldırılmış vəziyyətdə yatmağı məsləhət edəcək ki, əməliyyat zonasında mayenin yığılmasının qarşısı alınsın. Sizə gözlərin gigiyenik qulluğunun necə edilməsi göstəriləcək ki, bu da qabığın yaranmasının qarşısını almaqda kömək edəcək. Bir həftədən sonra siz tədricən fiziki çalışmalara və adət etdiyiniz fiziki fəallığa qayıda bilərsiniz.

Mümkün uğursuzluqlar
Bu cərrahiyyə müdaxiləsi adətən yaxşı nəticələr verir və cüzi risk dərəcəsi ilə müşayiət edilir. Əməliyyatdan sonra hərdən gözlərdə təsvirin fokuslaşdırılmama və hətta ikiləşmə hissi yaranır, lakin adətən bu hallar müvəqqəti olur.

Çapıqların yaranması
Çapıqlar adətən alt göz qapağının kirpiklərinin qırağı ilə və ya üst göz qapaqlarının qırışında əmələ gəlir
. Təxmini yarım ildən sonra bu çapıqlar hamarlanıb düzəlir və faktiki olaraq görünməyən ağ xəttə çevrilir. Yalnız sizin əməliyyat keçirdiyinizi bilən insan bu xətti seçə bilər.


Baş səhifə    |    Klinika haqqında    |    Mütəxəssislər    |    Qiymətlər    |    Qəbula qeydiyyat    | Əlaqə
   Lazer və Plastik Cərrahiyyə Mərkəzi © 2008
      Rambler's Top100