Strict Standards: Declaration of utils::pushCat() should be compatible with DB::pushCat($pos = 'l') in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushServCat() should be compatible with DB::pushServCat() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushStatic() should be compatible with DB::pushStatic() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushMenu() should be compatible with DB::pushMenu() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushNews() should be compatible with DB::pushnews() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushFaq() should be compatible with DB::pushFaq() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0  Lazer və Plastik Cərrahiyyə Mərkəzi
Papilloma
Rinoplastika
Pilinq
Botoks (Disport)
Kiçik cinsiyyət dodaqlarının korreksiyası
Sağrıların dartılması
Liposaksiya – vakuum üsulu ilə piyin götürülməsi
Abdominoplastika
Süd vəzilərinin dartılması
Döş vəzinin böyüdülməsi
Qulaqların otoplastikası
Yanaq formasının dəyişdirilməsi
Blefaroplastika – göz qapaqlarının plastikası
Üzün dartılması
Saçların transplantasiyası
 
Pilinq

Turşular vasitəsilə pilinq kiçik qırışlar, çillər, ləkələr və günəş şüalarının dəriyə təsiri altında yaranan solğun  əmələgəlmələrin götürülməsi məqsədilə üst dəri qatlarını əritmək üçün istifadə edilir. Proseduranın intensivliyi və effektivliyi meyvə turşuları (reseptsiz aptekdə satılan bir çox dəriyə qulluq üçün dərman preparatlarının tərkibində olan turşular) ilə yumşaq “yuyulma”, üç-xlorsirkə turşusu ilə orta intensivlə pilinqdən fenol ilə daha riskli və intensiv pilinqə qədər dəyişir.

Prosedurandan əvvəl üzü qrim və ya yağları götürmək (yağsızlaşdırmaq) üçün əsaslı təmizlənilir. Əgər sizdə nə vaxtdasa gerpetik səpmə (“soyuqdəymə”) olubsa, hökmən həkimi bu haqda xəbərdar edin; bu halda yeni səpmənin səbəbi ola biləcək güclü qabıq soyma vasitəsinin istifadəsindən əvvəl sizə profilaktik müalicə təyin ediləcək.

Meyvə turşuları
İstənilən meyvə turşularının (alfa hidroksil turşular) kombinasiyasından istifadə kiçik qırışlar, günəş şüalarının dəriyə təsiri altında yaranan solğun  zonalar və ya gözə çarpan çivzə səpməsindən yaranan çapıqların  götürülməsi üçün dərinin üst qatlarının pilinqinin ən yumşaq üsuludur. Həkimin təyin etdiyi xüsusi krem vasitəsilə siz dərinizi iki həftə əvvəlcədən hazırlaya bilərsiniz. Belə prosedura pilinqdən çox dərinin təmizlənməsidir.

Qarışıqlar
Bu pilinq üsulu zamanı qara dəriyə daha çox təsir göstərən rezorsin ilə salisil və süd turşularının kombinasiyasından  istifadə edilir.

Üçxlorsirkə turşusu vasitəsilə pilinq
Bu kimyəvi vasitəsini dəriyə sürtükdən sonra yandırma effekti yaranır, bundan sonra iki həftəyə qədər müddət ərzində qabıq soyulması və kisəciklərin yaranması başlanır. Dəriyə nəmləndirici və ya yağlı krem sürtmək lazımdır ki, o yumşalsın; özünü günəş şüalarından gözləmək lazımdır, çünki əks halda bərpa edilmiş dəri nahiyəsində piqment ləkələri yaranacaq. Birbaşa günəş şüaları ilə kontakt yalnız qabıq soyma prosedurasından iki ay sonra və yalnız mühafizə ekranından istifadə edərək mümkündür. Üçxlorsirkə turşusu vasitəsilə qabıq soyma prosedurasının effekti bir neçə il ərzində saxlanılır.

Fenol
Fenol vasitəsilə dərinin pilinq prosedurası ən intensiv və çox uzun müddətli effekt təmin edən üsuldur, Kimyəvi maddənin dəriyə təsirini artırmaq üçün kontakt xüsusi sarğı vasitəsilə həyata keçirilir ki, nəticədə dəridə ikinci dərəcəli yanıq yaranır. Dəri bərpa olandan sonra o daha sağlam, hamar və cavan olacaq. Sağalma prosesi bitəndən sonra  prosedura keçirilmiş nahiyədə dəri rəngini dəyişməyəcək.











Baş səhifə    |    Klinika haqqında    |    Mütəxəssislər    |    Qiymətlər    |    Qəbula qeydiyyat    | Əlaqə
   Lazer və Plastik Cərrahiyyə Mərkəzi © 2008
      Rambler's Top100