Strict Standards: Declaration of utils::pushCat() should be compatible with DB::pushCat($pos = 'l') in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushServCat() should be compatible with DB::pushServCat() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushStatic() should be compatible with DB::pushStatic() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushMenu() should be compatible with DB::pushMenu() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushNews() should be compatible with DB::pushnews() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0 Strict Standards: Declaration of utils::pushFaq() should be compatible with DB::pushFaq() in /home/u72830/lazer.az/www/class/utils.class.php on line 0  Lazer və Plastik Cərrahiyyə Mərkəzi
Papilloma
Rinoplastika
Pilinq
Botoks (Disport)
Kiçik cinsiyyət dodaqlarının korreksiyası
Sağrıların dartılması
Liposaksiya – vakuum üsulu ilə piyin götürülməsi
Abdominoplastika
Süd vəzilərinin dartılması
Döş vəzinin böyüdülməsi
Qulaqların otoplastikası
Yanaq formasının dəyişdirilməsi
Blefaroplastika – göz qapaqlarının plastikası
Üzün dartılması
Saçların transplantasiyası
 
Üzün dartılması

Biz necə görünürük? Bu sualı biz güzgüyə baxarkən hər dəfə özümüzə veririk. Şişirtmədən demək olar ki, üzümüz bir çox məqamda taleyimizi və işlərimizdə uğurumuzu müəyyən edir.

Yaş ötdükcə göz altında, boyunda və alt çənənin cizgisi ətrafında piy toxuması yığılır: üz əzələləri boşalır və sallanmağa başlayır. O yerlərdə ki, dəri günəş şüalarının intensiv təsirinə məruz qalır, xüsusilə qırış-qırış olur.

Üz
toxumalarının dartılma əməliyyatı və ya ritidektomiya cavanlaşdıran cərrahiyyə müdaxiləsinə  aiddir. Həkim üzünüzü daha cavan və təravətli edə bilər.

Üz toxumalarının dartılması üzrə müasir əməliyyat nəinki dərini hamar etməyə və qırışları götürməyə, hətta əzələlərin vəziyyətini yaxşılatmağa kömək edir. Bunun nəticəsində 1970-ci illərdən əvvəl və hətta bəzən indi aparılan əməliyyatlarda olduğu kimi dərinin dartılmış olması effekti yaranmır. Köhnə üsullar ilə aparılan əməliyyatlar kobud çapıqların yaranmasına, bəzən hətta kəsik yerində tüklərin itməsinə gətirib çıxara bilər.
Yeni üsul zamanı üzün dərin toxumalarının köçürürlər və lazımi sahədə yerləşdirirlər, bunun nəticəsində üz təbii görünür. Artıq piy toxumalarını götürürlər, dəri qismən kəsilir və yenidən birləşdirilir. Yeni üsul təkrarən böyük cərrahiyyə müdaxiləsi olmadan təxmini hər on ildən bir kiçik korreksiyalar etməyə  imkan verir.

Tam üz dartılması zamanı alın, gicgah, yanaqlar, boyun toxumalarının dartılması göz qapağının korreksiyası (blefaroplastika). Əməliyyat zamanı qulaqların formasını və vəziyyətini (otoplastika) dəyişdirmək, çənənin forması və ölçüsünün korreksiyasını (mentoplastika)etmək və yanaqların relyefinin təkmilləşdirilməsi üçün implantatları tətbiq etmək olar. Bundan başqa, əlavə olaraq kimyəvi cilalama, kollagendən implantatların yerləşdirilməsi, çənə nahiyəsinin dermabraziyası və liposaksiyasından istifadə edilə bilər. Üzün minidartılma prosedurası adətən boyun, alt çənə və üzün altdakı üçdə bir hissəsində aparılır.

Əməliyyatın müddəti
Əməliyyat həcimdən asılı olaraq bir-iki saat və daha çox çəkə bilər. Pasiyent həmin gün evə qayıda bilər.

Ağrısızlaşdırma
Üz toxumalarının dartılması adətən ümumi ağrısızlaşdırma (narkoz) ilə aparılır, lakin pasiyentin istəyi ilə sedativ preparatlar vasitəsilə yerli anesteziya ilə aparıla bilər.

Əməliyyatın necə aparılması

Kəsiklər yanaq və gicgah toxumalarında müdaxilə zamanı traqus ətrafından aparılaraq qulağın qabağında, boyun toxumalarında müdaxilə zamanı çənənin alt hissəsində olan qırış xətti boyu, üzün altdakı üçdə bir hissəsində müdaxilə zamanı ağız boşluğunda, alın dərinin dartılması zamanı əmgək hissəsində edilir. (Bəzi cərrahlar üzün dartılmasını qulağın üstündən mərcəyin ətrafına, oradan qulağın dalından yuxarı qaldırılaraq geriyə saç uzanma xəttinə aparırlar.) Üst əzələlər dartınılır və yenidən yerləşdirilir; piy toxuması qismən götürülür, bundan sonra artıq dərini yuxarı və geriyə dartıb qalıqları kəsib götürürlər və ilkin kəsik xətti üzrə tikişlər qoyurlar.
Alın toxumalarının dartılması zamanı cərrah şaquli və horizontal qırışların yaranmasına və gözlərin üstündən toxumaların sallanmasına cavab verən əzələlərə təsir göstərir. Dərini yuxarı dartırlar, qalıqları götürürlər, qalan toxumaları tikiş vasitəsilə möhkəmləndirirlər. Bu üsul sallanan qaşları qaldırmağa kömək edir. Əsasən alın toxumalarının dartılması üzrə müasir metodika zamanı cərrah tük uzanma xəttinin yerinin dəyişdirilməsi və nəticədə alının çox hündür olmasına gətirib çıxara bilən artıq dərinin götürülməsindən daha çox əzələlərə təsir göstərir.

Əməliyyatdan sonra
Pasiyentlər bir qədər ağrı və narahatlıq hiss edirlər, lakin hər insanda həssaslıq individualdır. Alın toxumalarının dartılması zamanı bu xoşagəlməz hisslər və göyərmələr adətən daha az olur. Əməliyyatdan bir gün sonra boyun və üzdə sarğıları götürürlər, pasiyentə buz ilə paketləri əməliyyat olunan sahələrə qoymaq, xörək duzundan imtina etmək və yarımoturaq vəziyyətdə yatmaq məsləhət görürlər. Bəzi həkimlər ən yaxşı nəticələri əldə etmək üçün mümkün qədər daim elastik saxlayıcı maska geyinmək məsləhət görürlər. İlk müddətdə qanaxması və toxumaların şişməsi həddən artıq dərinin dartılmış olduğu haqqında təsəvvür yarada bilər, lakin zaman ötdükcə onlar boyun tərəfə hərəkət edəcək və itəcək. Tikişləri yeddi gündən sonra götürürlər, qan axması iki həftə ərzində keçib gedir. Bundan sona pasiyent qrimdən istifadə edə bilər; həkim qrimin istifadəsi haqda məsləhətlər verəcək. Üz toxumalarının dartılması üzrə əməliyyatın son nəticəsini görmək üçün dörd-altı ay keçməlidir. Belə cərrahiyyə müdaxiləsindən sonra insan öz yaşından cavan görünür.

 Mümkün uğursuzluqlar
İstənilən cərrahiyyə müdaxiləsi zamanı müəyyən ağırlaşma riski mövcuddur. Dəri altında yığılan qan toxumaların ağrılı şişməsini (hematoma) yarada bilər, bu da, əgər hematoma çox böyükdürsə, onun drenajı vasitəsilə təcili intensiv müalicəni tələb edir. Müalicə edən həkim bu təcili vəziyyəti tez müəyyənləşdirməlidir və mümkün qədər tez hematomanı götürməlidir.
Müasir cərrahiyyə müdaxiləsi texnikası zamanı tük follikulu zədələnmir, bunun nəticəsində çapıq xətti boyu dəri tüksüz qalmır. Lakin, bütün klinikalarda son texniki nailiyyətlərdən istifadə edilmir. Risk dərəcəsi ən çoxu cərrahın ixtisaslı olduğundan asılıdır.

Əgər çox böyük dəri hissələri kəsilib götürülürsə, qalan dəri həddən artıq dartılmış görünür. Bununla əlaqədar yenə də yada salmaq istəyərdik ki, əməliyyat nəticələri cərrahın təcrübəsi və ustalığından asılıdır.

Çapıqların yaranması
Əgər kəsik traqusun daxili səthində edilirsə, az görünən çapıq yaranır. Kəsik başın dərisinin üstündən edilirsə, çapıqlar adətən saç ilə örtülür.
 

Baş səhifə    |    Klinika haqqında    |    Mütəxəssislər    |    Qiymətlər    |    Qəbula qeydiyyat    | Əlaqə
   Lazer və Plastik Cərrahiyyə Mərkəzi © 2008
      Rambler's Top100